Kriminal

Xalq artistinin döyülən oğlunun xəsarətləri məlum oldu

31 Jan 2026, 16:12 2 baxış
Xalq artistinin döyülən oğlunun xəsarətləri məlum oldu
Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyevin küçədə döyülən oğlu Artur Balıyevin aldığı xəsarətlər məlum olub. Bu barədə Oxu.Az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Məlumatda bildirilir ki, yanvarın 30-da 1981-ci il təvəllüdlü şəxs (kişi) müxtəlif bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Pasiyentə qasıq sümüyünün və orbit sümüyünün sınığı diaqnozları təyin olunub, zəruri tibbi xidmətlər göstərilir və hazırda müalicəsi davam etdirilir. Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər