Cəmiyyət

Biləcəridə YOL PROBLEMİ: "Gediş-gəliş mümkün deyil, batırıq"

30 Jan 2026, 21:48 2 baxış
Biləcəridə YOL PROBLEMİ: "Gediş-gəliş mümkün deyil, batırıq"
Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əzizə Cəfərzadə küçəsi, döngə 1 ünvanında yaşayan sakinlər uzun illərdir yol problemi ilə üzləşdiklərini bildirirlər. Sakinlər Baku TV-yə açıqlamalarında qeyd ediblər ki, yollar yararsız vəziyyətdədir. Onlar dəfələrlə öz imkanları hesabına yola çınqıl tökərək vəziyyəti düzəltməyə çalışsalar da, qısa müddət sonra yol yenidən əvvəlki halına qayıdır.
"Gediş-gəliş mümkün deyil, batırıq", "Evlərin əksəriyyətində baxil var. İnsanlar ayaqlarının palçıq olmaması üçün ondan istifadə edirlər", - deyə sakinlər narazılıqlarını ifadə ediblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər