İdman

Millimiz Lüksemburqu səfərdə məğlub etdi

02 Jul 2026, 23:27 2 baxış
Millimiz Lüksemburqu səfərdə məğlub etdi

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi final mərhələsi 2029-cu ildə baş tutacaq Avropa çempionatının ("EuroBasket 2029") ilkin seçmə mərhələsində növbəti oyununu keçirib.


Axar.az xəbər verir ki, millimiz V turda səfərdə Lüksemburqla qarşılaşıb.


Görüş millimizin qələbəsi ilə başa çatıb - 76:74.


Qeyd edək ki, bununla xallarının sayını 7-yə çatdıran Azərbaycan millisi A qrupunda üçüncü pillədə qərarlaşıb. Lider Şimali Makedoniyanın 10, ikinci sıradakı Lüksemburqun 7, dördüncü yerdəki İrlandiyanın 6 xalı var.

Mənbə axar.az

Oxşar Xəbərlər