Cəmiyyət

Bakıda havanı çirkləndirən avtobusun sürücüsü cəzalandırıldı

30 Jan 2026, 19:12 2 baxış
Bakıda havanı çirkləndirən avtobusun sürücüsü cəzalandırıldı
Bakıda ekologiyanı çirkləndirən avtobusun görüntüləri yayılıb. Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Qaraçuxur qəsəbəsində qeydə alınıb. Müəyyən olunub ki, 99-LF-651 qeydiyyat nişanlı "Daewoo" markalı avtobusun işlənmiş qazların xaricetmə sistemi normadan artıq tüstü ixrac edərək ekologiyanı korlayıb.

Hadisə şahidlərinin sözlərinə görə, avtobus sürücüsü sürəti artırdıqca tüstü daha da çox çıxaraq görünüşü məhdudlaşdırıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, həmin nəqliyyat vasitəsinin sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə uyğun olaraq tənbeh tədbiri seçilib. Məhərrəm Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər