Kriminal

Hacıqabulda palçıq vulkanı püskürdü

30 Jan 2026, 18:54 1 baxış
Hacıqabulda palçıq vulkanı püskürdü

Hacıqabul rayonunda yanvarın 30-da yerli vaxtla saat 16:53-də palçıq vulkanının püskürməsi qeydə alınıb.


Axar.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi (RSMX) məlumat yayıb.


Bildirilib ki, palçıq vulkanının püskürməsi AMEA nəzdində RSXM-nin vulkanətrafı seysmik stansiyaları tərəfindən qeydə alınıb. RSXM-nin "Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin məlumatına əsasən, palçıq vulkanının püskürməsi 13 dəqiqə davam edib, bir faza ilə xarakterizə olunub.


Püskürmənin dərinliyi 3 kilometr, püskürmə nəticəsində ayrılan enerji "3.38×10^6 coul" olub.

Mənbə axar.az

Oxşar Xəbərlər