Kriminal

Cənubi Muğan kanalına suyun verilişi dayandırıldı

29 Jan 2026, 23:27 1 baxış
Cənubi Muğan kanalına suyun verilişi dayandırıldı

Cənubi Muğan kanalına suyun verilməsi müvəqqəti olaraq dayandırılıb.


Axar.az-ın Report-a istinadən məlumatına görə, buna səbəb Bəhramtəpə Hidroqovşağında aparılan təmir-bərpa işləridir.


Kanala suyun verilişinin 10–12 gün müddətində bərpa olunacağı gözlənilir.


Qeyd edək ki, Cənubi Muğan kanalı 1960-cı ildə istismara verilib. Uzunluğu 65 kilometr olan kanal İmişli, Biləsuvar və Cəlilabad rayonlarında istifadə olunur.

Mənbə axar.az

Oxşar Xəbərlər