Kriminal
Abşeron Gənclər Şəhərciyində baş verən yanğın söndürülüb
Xırdalanda Abşeron Gənclər Şəhərciyində yanğın baş verib. Oxu.Az xəbər verir ki, yanğın bu gün axşam saatlarında qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, yanğınla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yaşayış binasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Aygün Mirakif
Mənbə
oxu.az
Oxşar Xəbərlər