Digər

İsrail İranda rejimi dəyişə biləcəkmi? - Fidandan açıqlama

29 Jan 2026, 22:20 2 baxış
İsrail İranda rejimi dəyişə biləcəkmi? - Fidandan açıqlama

İsrailin İrana mümkün hücumunun əsas məqsədi bu ölkənin silahlı qüvvələrinin vacib imkanlarını məhv etmək olacaq.


Axar.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə”yə müsahibəsində deyib.


"Düşünürəm ki, İsrailin əsas məqsədi İran ordusunun bəzi vacib imkanlarını məhv etmək olacaq", - deyə Fidan bildirib.


İsrailin İrandakı rejimi dəyişdirmək istəyinə münasibət bildirərkən o, qeyd edib ki, "onlar bunu etmək istəyə bilərlər, amma bacarıb-bacarmayacağı bəlli deyil".


"Bu, xarici hərbi müdaxilədən deyil, xalqdan asılıdır. İran xalqı müharibələr və xarici hücumlar zamanı, xüsusən də İsraildən gələn hücumlar zamanı həmişə öz liderlərinin ətrafında birləşir", - deyə XİN rəhbəri bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər