Digər

Putinin 4 il öncə ona hədiyyə etdiyi gödəkçə ilə Rusiyaya gəldi

29 Jan 2026, 22:39 2 baxış
Putinin 4 il öncə ona hədiyyə etdiyi gödəkçə ilə Rusiyaya gəldi

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Moskvaya Rusiya Prezidenti Vladimir Putinin 2022-ci ildə ona hədiyyə etdiyi gödəkçə ilə gəlib.


Axar.az xəbər verir ki, bununla bağlı Rusiya mediasında görüntülər yayılıb.


"Putin BƏƏ Prezidentini yola salarkən ondan zarafatla "Bu gödəkçə sizi Sank-Peterburqun soyuğundan qoruya bilirmi?" - deyə, soruşub.


BƏƏ lideri də cavab olaraq "Bu, həmin gödəkçədir, siz hədiyyə etmişdiniz" bildirib.


2022-ci ilin oktyabr ayında BƏƏ Prezidenti ilk dəfə Rusiyaya səfər edib. O vaxt Sankt-Peterburqda hava soyuq olduğu üçün Rusiya lideri gödəkçəsini çıxararaq Məhəmməd bin Zayed Əl Nəhyanın çiyinlərinə keçirib.

Mənbə axar.az

Oxşar Xəbərlər