Digər

Simonyan Kopırkinlə görüşdü

29 Jan 2026, 16:07 2 baxış
Simonyan Kopırkinlə görüşdü

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinlə görüşüb.


Axar.az xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.


Məlumata görə, söhbət zamanı tərəflər Ermənistan-Rusiya ikitərəfli münasibətləri və parlamentlərarası əməkdaşlıq məsələlərinə toxunub.


Simonyan Kopırkinlə Rusiyaya qarşıdan gələn səfərinin gündəliyini də müzakirə edib.


Qeyd edək ki, Simonyanın Rusiyaya rəsmi səfəri 5-6 fevral tarixlərində planlaşdırılır.

Mənbə axar.az

Oxşar Xəbərlər