Digər
Türkiyə ordusu Suriyadakı "Sülh çeşməsi" bölgəsindən çıxıb?
Türk Silahlı Qüvvələrinin Suriyada "Sülh çeşməsi" bölgəsindəki bəzi ərazilərdən geri çəkilməsi ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Silahlı Qüvvələrimiz bölgədə Suriya hökuməti ilə koordinasiyalı şəkildə fəaliyyətlərini davam etdirir. Dezinformasiya xarakteri daşıyan bu cür qərəzli xəbərlərə etibar edilməməsi, yalnız rəsmi açıqlamaların nəzərə alınması vacibdir", - məlumatda vurğulanıb.
Mənbə
axar.az