Digər

Putin və Şara Əsədin ekstradisiyasını müzakirə edib?

29 Jan 2026, 15:05 2 baxış
Putin və Şara Əsədin ekstradisiyasını müzakirə edib?

Rusiya Prezidenti Vladimir Putinlə Suriya lideri Əhməd əş-Şara arasında danışıqlar zamanı Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ekstradisiyası məsələsi qaldırılmayıb.


Axar.az xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.


“Xeyr, bu müzakirə olunmayıb. Danışıqlar əsasən ikitərəfli ticarət-iqtisadi münasibətlər və onların inkişafına həsr olunmuşdu. Potensial kifayət qədər genişdir və maraq qarşılıqlıdır”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər