Digər

“Lukoyl” ABŞ-ın bu fonduna satılır - Razılaşma

29 Jan 2026, 13:13 2 baxış
“Lukoyl” ABŞ-ın bu fonduna satılır - Razılaşma

Rusiyanın “Lukoyl” şirkəti ABŞ-ın “Carlyle” investisiya fondu ilə xarici aktivlərinin satışına dair razılaşma əldə etdiyini açıqlayıb.


Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.


Məlumata görə, fond Qazaxıstandakı aktivlər istisna olmaqla, “Lukoyl İnternational GmbH” şirkətinin biznesini əldə edir:


“Sazişin məbləği açıqlanmayıb. Saziş ABŞ Maliyyə Nazirliyi tərəfindən təsdiqlənməlidir, buna görə də “Lukoyl” digər potensial alıcılarla danışıqları davam etdirir”.


Qeyd edək ki, Astana Qazaxıstandakı “Lukoyl” şirkətinin səhmlərini satın almaq üçün ABŞ hakimiyyət orqanlarına rəsmi müraciət təqdim edib.

Mənbə axar.az

Oxşar Xəbərlər