Kriminal

Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verilib

29 Jan 2026, 10:56 1 baxış
Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verilib
"Meydan TV" işi üzrə hazırda həbsdə olan jurnalist Şəmşad Ağanın (Ağayevin) anasının dəfn mərasimində iştirakı etməsi ilə bağlı məhkəməyə daxil olan təqdimata baxılıb. Oxu.Az APA-ya istinadən xəbər verir ki, təqdimata Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb və qərar qəbul edilib. Məhkəmə təqdimatı təmin edib, Şəmşad Ağanın dəfn mərasimində iştirak etməsinə icazə verilib. Qeyd edək ki, Şəmşad Ağanın anası dünən vəfat edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər