Digər

İstənilən addım müharibənin başlanğıcıdır - Şamxani

29 Jan 2026, 09:00 2 baxış
İstənilən addım müharibənin başlanğıcıdır - Şamxani

İran ABŞ-ın istənilən təcavüzkar hərəkətini tammiqyaslı müharibənin başlanğıcı kimi qəbul edəcək və Tehran dərhal cavab verəcək.


Axar.az xəbər verir ki, bu barədə İranın ali dini liderinin müşaviri Əli Şamxani X səhifəsində yazıb.


"Məhdud zərbə illüziyadır. ABŞ-ın istənilən nöqtədən və istənilən səviyyədəki istənilən hərbi əməliyyatı müharibənin başlanğıcı hesab ediləcək və cavab tədbirləri dərhal görüləcək”, - deyə o bildirib.


Şamxani əlavə edib ki, İranın cavabı ABŞ və İsrailə, eləcə də bu təcavüzü dəstəkləyən istənilən ölkəyə qarşı yönələcək.

Mənbə axar.az

Oxşar Xəbərlər