Digər

Qara dənizdə mina tapıldı, ərazi mühasirəyə alındı - Foto

28 Jan 2026, 22:13 2 baxış
Qara dənizdə mina tapıldı, ərazi mühasirəyə alındı - Foto

Rumıniyada Qara dəniz sahilində dəniz minası tapılıb.


Axar.az xəbər verir ki, hadisə Kapu-Midia hərbi poliqonunun yaxınlığında yerləşən çimərlik ərazisində qeydə alınıb.


Məlumata görə, mina yanvarın 28-də sahildə hərbçilər tərəfindən aşkarlanıb. Dərhal hadisə yerinə xüsusi təyinatlı mühəndis-istehkam bölmələri və təhlükəsizlik qüvvələri cəlb olunub. Ərazi mühasirəyə alınaraq mülki şəxslərin girişinə məhdudiyyət qoyulub.

Mənbə axar.az

Oxşar Xəbərlər