Digər

Stiven Siqal Rusiyadakı malikanəsini satışa çıxardı

28 Jan 2026, 22:48 2 baxış
Stiven Siqal Rusiyadakı malikanəsini satışa çıxardı

Məşhur amerikalı aktyor Stiven Siqal Rusiyanın paytaxtı Moskvada yerləşən ikimərtəbəli malikanəsini satışa çıxarıb.


Kult.az xəbər verir ki, bu barədə “RBK NF” nəşri məlumat yayıb.


Məlumata görə, sahəsi 500 kv. metr olan malikanədə üç yataq otağı, üç vanna otağı, kinoteatr, şərab otağı, kabinet və iki avtomobillik qarajı var.


Malikanənin hansı qiymətə satışa çıxarıldığı barədə məlumat verilməsə də, aktyor vaxtilə sözügedən evi 1 milyon 300 min dollara alıb.

Mənbə axar.az

Oxşar Xəbərlər