Digər

Tramp hədələdi, İrandan cavab gəldi: Dialoqa hazırıq!

28 Jan 2026, 19:17 2 baxış
Tramp hədələdi, İrandan cavab gəldi: Dialoqa hazırıq!

İran ABŞ-la dialoqa hazırdır.


Axar.az xəbər verir ki, bu barədə İranın BMT-dəki missiyası X hesabında yazıb.


“Ötən dəfə ABŞ Əfqanıstan və İraqda müharibələrə başlayanda 7 trilyon dollardan çox vəsait xərclədi və 7 mindən çox amerikalı həlak oldu. İran qarşılıqlı hörmət və maraqlar əsasında dialoqa hazırdır - lakin ona təzyiq göstərilərsə, özünü müdafiə edəcək və cavabı son dərəcə sərt və qətiyyətli olacaq!", - paylaşımda vurğulanıb.


Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranı nüvə sazişini imzalamaqdan imtina edəcəyi təqdirdə yeni hücumla hədələyib.

Mənbə axar.az

Oxşar Xəbərlər