Digər

Niyaməddin Musayevin qızı işdən çıxarılmasından danışdı

28 Jan 2026, 19:26 2 baxış
Niyaməddin Musayevin qızı işdən çıxarılmasından danışdı

Bütün bunlar yalnış informasiyalardır. Mən Kanadaya köçməmişdən öncə ərizəmi yazıb işdən çıxmışam.


Kult.az xəbər verir ki, bu sözləri xalq artisti Niyaməddin Musayevin qızı Röya Musayeva Oxu24.com-a müsahibəsində FHN-dən işdən çıxarılması haqda yayılan məlumatlar haqda danışarkən deyib.


O, müğənni Təranə Qumralın müraciətindən sonra işdən çıxarılması ilə bağlı yayılan iddiadan da danışıb:


“Bu tamamilə əsassız xəbərdir. Saytlarda yazılan informasiyalarda “işləyib” yazılmışdı. Öz ərizəmlə illər öncə işdən azad olunmuşam. Xahiş edirəm, bu xəbərləri yazarkən Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəsmi məlumatlarına istinad edin. Orada hər şey yazılıb. Bəzi jurnalistlər, adamlar qruplaşma yaradıblar. Müəyyən təbliğatlar aparırlar. Ayıbdır, vallah. Qurumla durumun mənasını ayırd edə bilməyən adam məni işdən necə çıxartdıra bilər ki? Mümkünatsız şeydir”.


Qeyd edək ki, daha öncə Röya Musayevanın Fövqəladə Hallar Nazirliyindəki vəzifəsindən azad edildiyi barədə məlumat yayılmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər