Kriminal

Ötən il ölkədə baş verən cinayətlərin sayı açıqlandı

28 Jan 2026, 18:36 1 baxış
Ötən il ölkədə baş verən cinayətlərin sayı açıqlandı
2025-ci ildə ölkə ərazisində 31 852 cinayət qeydə alınıb. Oxu.Az-ın məlumatına görə, bunu bu gün Baş Prokurorluqda 2025-ci ilin yekunlarına dair kollegiya iclasında baş prokuror Kamran Əliyev deyib. O bildirib ki, həmin cinayətlərin 90.5%-nin açılması təmin edilib: "Ümumilikdə ölkə üzrə cəmi 15 766 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 1 063-ü prokurorluq orqanlarında istintaq edilib". Baş prokuror qeyd edib ki, bu müddət ərzində prokurorluq orqanları tərəfindən 700, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 11 934 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib: "İbtidai istintaqı tamamlanmış cinayət işləri və bəraətverici əsaslar olmadan rədd edilmiş materiallar üzrə ümumilikdə 435 milyon 191 min manat maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 59.5 %-nin, yəni 259 milyon 95 min manat hissəsinin ödənilməsinə nail olunub. Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 94 milyon 817 min manat maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 32 milyon 635 min manat hissəsi ödənilib, 82 milyon 400 min manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub. Bundan başqa, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 5 milyon 172 min manat ödənilməklə, həmin məbləğin 4 milyon 855 min manatı prokurorluq orqanlarında istintaqı aparılmış işlər olub". Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər