Digər

Qazaxıstan “Lukoyl” üçün ABŞ-a müraciət etdi

28 Jan 2026, 18:03 2 baxış
Qazaxıstan “Lukoyl” üçün ABŞ-a müraciət etdi

Astana Qazaxıstandakı “Lukoyl” şirkətinin səhmlərini satın almaq üçün ABŞ hakimiyyət orqanlarına rəsmi müraciət təqdim edib.


Axar.az xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Erlan Akkenjenov deyib.


“Ötən ilin sonunda da bildirmişdik ki, Qazaxıstanda “Lukoyl”un aktivlərini satarkən, qanunla nəzərdə tutulduğu kimi, bu payı almaq üçün üstünlük hüququmuz var. Biz ABŞ hakimiyyət orqanlarına müvafiq sorğu göndərmişik”, - o bildirib


Akkenjenov qeyd edib ki, ölkə hakimiyyəti hələ Qazaxıstandakı aktivlərini almaq təklifi ilə “Lukoyl” şirkətinə müraciət etməyib.


Qeyd edək ki, ABŞ sanksiyalarına əsasən, şirkət aktivlərini 28 fevrala qədər satmalıdır.

Mənbə axar.az

Oxşar Xəbərlər