Kriminal

Son beş ildə mina partlayışlarında 71 nəfər həlak olub

28 Jan 2026, 16:47 1 baxış
Son beş ildə mina partlayışlarında 71 nəfər həlak olub
Ötən il Azərbaycanda mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 33 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Oxu.Az-ın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev 2025-ci ilin yekunlarına dair geniş kollegiya iclasında deyib. Baş prokuror bildirib ki, 2020-ci ilin noyabr ayından hazırkı vaxtadək isə ümumilikdə 417 şəxs bu hadisələrin qurbanı olub: "Onlardan 71 nəfəri həlak olub, 346 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb". Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər