İqtisadiyyat

WUF13-lə əlaqədar bəzi şəxslər gəlir vergisindən azad edilir

28 Jan 2026, 15:26 1 baxış
WUF13-lə əlaqədar bəzi şəxslər gəlir vergisindən azad edilir
Azərbaycanda gəlir vergisindən azad olunan şəxslərin siyahısı genişləndirilir. Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Sənəddə qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiqedici sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Azərbaycanda keçirilməsi ilə əlaqədar malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdikləri gəlirlər 2025-ci il sentyabrın 1-dən bir il müddətinə gəlir vergisindən azad olunur. Layihə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü onlayn iclasında müzakirə edilərək plenar iclasa tövsiyə olunub. Məlik Məlikov
123
Mənbə oxu.az

Oxşar Xəbərlər