İqtisadiyyat

Dövlət maliyyəsinin səmərəli idarə edilməsinə nəzarət həyata keçiriləcək

28 Jan 2026, 15:50 1 baxış
Dövlət maliyyəsinin səmərəli idarə edilməsinə nəzarət həyata keçiriləcək
Dövlət maliyyəsinin səmərəli idarə edilməsinə nəzarət həyata keçiriləcək. Oxu.Az xəbər verir ki, sözügedən məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsində, "Banklar haqqında" və "Gömrük tarifi haqqında" Qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Qeyd olunub ki, dövlət maliyyəsinin səmərəli idarə edilməsi məqsədilə dövlət orqanları (qurumları), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslərlə bağlı aşağıdakı məlumatların vergi orqanları tərəfindən müvafiq icra hakimiyyəti orqanına elektron qaydada təqdim edilməsi nəzərdə tutulur: adıçəkilən qurumların vergi orqanında uçota alınması, yenidən təşkili və ya uçotdan çıxarılması barədə məlumatların (vergi ödəyicisinin adı, VÖEN-i, hesabları göstərilməklə) növbəti ayın 15-dək; qurumların qeydiyyata alınan hesabları barədə məlumatların müvafiq məlumat bank əməliyyatları aparan şəxslər tərəfindən vergi orqanına daxil olduğu gündən 1 iş günü müddətində. Bildirilir ki, dövlət orqanları və dövlət müəssisələri ilə bağlı qeyd olunan məlumatların vergi orqanları və banklar tərəfindən qurumlararası informasiya sisteminin imkanlarından istifadə etməklə verilməsi dövlət vəsaitlərinin xərclənməsinə nəzarətin güclənməsinə, həmin qurumların fəaliyyətinin daha çevik monitorinqinə imkan verəcək. Məlik Məlikov
123
Mənbə oxu.az

Oxşar Xəbərlər