İqtisadiyyat

SOCAR Çin şirkəti ilə birgə müəssisələrin yaradılmasını nəzərdən keçirib

28 Jan 2026, 15:55 1 baxış
SOCAR Çin şirkəti ilə birgə müəssisələrin yaradılmasını nəzərdən keçirib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Çinin "CITIC Construction Co.,Ltd." şirkəti arasında enerji infrastrukturu, eləcə də neft-kimya layihələrinin həyata keçirilməsi, birgə müəssisələrin yaradılması imkanları nəzərdən keçirilib. Oxu.Az xəbər verir ki, SOCAR məlumat yayıb. Bildirilib ki, bu barədə müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin Çinin "CITIC Construction Co.,Ltd."nin İdarə Heyətinin sədri Yanq Ciançiyanq ilə görüşündə aparılıb. Görüşdə SOCAR ilə Çinin müxtəlif şirkətləri arasında uğurlu əməkdaşlıq əlaqələrindən bəhs edilib. Söhbət zamanı SOCAR-ın Azərbaycanda və onun hüdudlarından kənarda həyata keçirdiyi layihələr, şirkətin korporativ strateji hədəfləri barədə məlumat verilib. Görüşdə potensial əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə şirkətlər arasında çərçivə sazişi imzalanıb.
{{gallery}}
123
Mənbə oxu.az

Oxşar Xəbərlər