Cəmiyyət

Yasamalda səkinin zəbt olunması vətəndaşları TƏHLÜKƏYƏ ATIR: "Məcbur hərəkət zolağına çıxmalı oluruq"

28 Jan 2026, 14:44 2 baxış
Yasamalda səkinin zəbt olunması vətəndaşları TƏHLÜKƏYƏ ATIR: "Məcbur hərəkət zolağına çıxmalı oluruq"
Yasamal rayonunun Mikayıl Müşfiq və İsmayıl bəy Qutqaşınlı küçələrinin kəsişməsində aparılan tikinti ilə əlaqədar səkinin daralması sakinlərin narazılığına səbəb olub. Oxu.Az-a daxil olan müraciətdə bildirilir ki, səkinin daralması piyadaların hərəkətinə mane olur. "Məcbur hərəkət zolağına çıxmalı oluruq ki, bu da risk deməkdir", - deyə müraciətdə bildirilir.

Yasamal Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Mikayıl Müşfiq və İsmayıl bəy Qutqaşınlı küçələrinin kəsişməsində aparılacaq tikinti işləri ilə əlaqədar müraciətə baxılıb. "Məlumat üçün bildiririk ki, sözügedən ünvan tikinti layihəsi üçün ayrılmış ərazidir. Aparılacaq tikinti işləri yekunlaşdıqdan sonra səki hissəsi müasir üslubda təmir olunaraq piyadaların istifadəsinə veriləcək", - deyə məlumatda bildirilir. Əzizə İsmayılova
Yasamalda səkinin zəbt olunması vətəndaşları TƏHLÜKƏYƏ ATIR: "Məcbur hərəkət zolağına çıxmalı oluruq" Yasamalda səkinin zəbt olunması vətəndaşları TƏHLÜKƏYƏ ATIR: "Məcbur hərəkət zolağına çıxmalı oluruq"
Mənbə oxu.az

Oxşar Xəbərlər