Digər

Mask, rus ordusu üçün “Starlink” niyə açıqdır?

28 Jan 2026, 14:01 2 baxış
Mask, rus ordusu üçün “Starlink” niyə açıqdır?

İlon Mask Rusiya ordusuna görə “Starlink” sistemini bağlamalıdır.


Axar.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun “Rusiya ordusu hücum dronlarını idarə etmək üçün “Starlink” şəbəkəsindən istifadə edir” adlı hesabatına reaksiya verərəkən deyib.


“Niyə rusların Ukrayna şəhərlərinə hücum edərkən “Starlink”dən istifadə etməsinin qarşısını almırsınız? Müharibə cinayətlərindən pul qazanmaq brendinizə zərər verir”, - o bildirib.


Qeyd edək ki, Avropa mediası regionda “Starlink” şəbəkəsinin söndürülməsinin ilk növbədə Ukrayna qüvvələrinə mane olacağını bildirir, çünki Ukrayna hərbi rabitə sistemi ona əsaslanır.

Mənbə axar.az

Oxşar Xəbərlər