Kriminal
Salyanda iki avtomobil toqquşdu: Xəsarət alanlar var
Salyan rayonunda baş verən avtomobil qəzasında xəsarət alanlar var. Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayonun Seyidsadıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. BMW və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində hələlik şəxsiyyəti dəqiqləşdirilməyən üç nəfər xəsarət alıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az