Kriminal
Rusiya vətəndaşı Bakıda hoteldə qəfil öldü
Bakıda hoteldən meyit tapılıb. Oxu.Az-ın məlumatına görə, hadisə dünən axşam saatlarında paytaxtın Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsindəki hoteldə baş verib. Rusiya vətəndaşı, 1968-ci il təvəllüdlü Cəmil Alıyevin meyiti hoteldəki otaqlardan birində tapılıb. Onun ürək çatışmazlığından öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır. Samir Əli
Mənbə
oxu.az