Digər

Suriya qoşunları Haseke və Qamışlıda yerləşdiriləcək

28 Jan 2026, 01:11 2 baxış
Suriya qoşunları Haseke və Qamışlıda yerləşdiriləcək

Suriya daxili təhlükəsizlik qüvvələri ölkənin şimal-şərqində yerləşən Haseke və Qamışlı şəhərlərində yerləşdiriləcək.


Axar.az xəbər verir ki, bu barədə "Əl-İxbariyə" telekanalı məlumat yayıb.


Belə ki, bu barədə qərar Dəməşqdə Suriya Prezidenti Əhməd əş-Şara ilə "Suriya Demokratik Qüvvələri"nin (SDQ) komandanı arasında aparılan danışıqların nəticəsində qəbul olunub.


Telekanalın məlumatına görə, tərəflər bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması və silahlı dəstələrin ölkənin şimal-şərqindəki şəhərlərdən çıxarılması barədə razılığa gəliblər.


Gələcəkdə SDQ üzvləri hökumət qoşunlarına və güc strukturlarına inteqrasiya olunacaq. Bu proses hər iki tərəfin maraqlarını nəzərə alan plana uyğun həyata keçiriləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər