Digər
Maliki baş nazir seçilsə, İraqa kömək etməyəcəyik - Tramp
Eşitdiyimə görə, İraq Nuri əl-Malikini yenidən Baş nazir vəzifəsinə təyin etməklə çox pis bir seçim astanasındadır.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkə hesabında yazıb.
O deyib ki, Maliki sonuncu dəfə hakimiyyətdə olanda ölkə yoxsulluq, tam xaosla üzləşib və bunun bir daha baş verməsinə icazə verilməməlidir:
“Əgər seçilərsə, onun ağlasığmaz siyasəti və ideologiyalarına görə ABŞ artıq İraqa kömək etməyəcək. Biz kömək etməsək, İraqın uğur, çiçəklənmə və azadlıq şansı sıfıra bərabər olacaq”.
Mənbə
axar.az