Digər

Zelenskidən Rusiyanın qatarı vurmasına sərt reaksiya

28 Jan 2026, 00:39 2 baxış
Zelenskidən Rusiyanın qatarı vurmasına sərt reaksiya

Yanvarın 27-də Rusiya Ukraynanın Xarkov bölgəsində sərnişin qatarına hücum dronlarından istifadə edib. Mülki əhaliyə qarşı dron hücumu istənilən ölkədə eyni cür qəbul edilir - yalnız terrorizm kimi. Avropada, Amerikada, ərəb dünyasında, Çində və ya başqa yerdə bu, şübhəsiz terror aktı hesab edilərdi.


Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.


Zelenski qeyd edib ki, qatarda mülki şəxslərin öldürülməsində heç bir hərbi məqsəd yoxdur:


“Həmin qatarda 200-dən çox insan olub. Rusiya dronlarından birinin vurduğu vaqonda 18 nəfər olub. Üç dron tərəfindən vurulan bu hücumda dörd nəfər həlak olub. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm. Xilasedicilər daha dörd nəfəri axtarır, ikisi isə yaralanıb”.


Zelenski vurğulayıb ki, Rusiya öz hərəkətlərinə görə məsuliyyət daşımalıdır.

Mənbə axar.az

Oxşar Xəbərlər