Digər

Lavrov MDB ölkələrinin səfirləri ilə nələri müzakirə etdi?

27 Jan 2026, 23:56 2 baxış
Lavrov MDB ölkələrinin səfirləri ilə nələri müzakirə etdi?

Rusiya xarici işlər naziri Sergey Lavrov MDB-yə üzv dövlətlərin səfirləri ilə görüşüb.


Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.


Bildirilib ki, görüşdə beynəlxalq gündəm müzakirə olunub və 2025-ci il üçün əməkdaşlıq planları nəzərdən keçirilib:


"Görüş iştirakçıları aktual beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb və 2025-ci ildə Avrasiya inteqrasiya birlikləri çərçivəsində çoxtərəfli əməkdaşlığın nəticələrini müzakirə ediblər.


Xarici siyasət koordinasiyasının gücləndirilməsi, ticari, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi və regional təhlükəsizliyin təmin edilməsi daxil olmaqla, qısa vədəli məqsədlər müəyyən edilib".


Qeyd edək ki, görüşdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev də iştirak edib.

Mənbə axar.az

Oxşar Xəbərlər