Cəmiyyət

Novruzun ilk çərşənbəsi bu tarixdə olacaq

27 Jan 2026, 21:03 2 baxış
Novruzun ilk çərşənbəsi bu tarixdə olacaq

Azərbaycanda 2026-cı il üçün Novruz çərşənbələrinin tarixləri məlum olub.


Axar.az xəbər verir ki, bu il ilk çərşənbə - Su çərşənbəsi fevralın 24-nə təsadüf edəcək.


Od çərşənbəsi martın 3-ü, Yel isə 10-u qeyd ediləcək. Torpaq (İlaxır) çərşənbəsi isə matrın 17-nə təsadüf edir.


Ötən il Novruzun ilk çərşənbəsi fevralın 25-nə təsadüf etmişdi.


Novruz bayramı günləri isə 20-24 mart tarixlərini əhatə edəcək.


Qeyd edək ki, Novruz bayramı UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilib və əsrlərdir Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsi kimi qeyd olunur.

Mənbə axar.az

Oxşar Xəbərlər