Cəmiyyət
Arıçılıqla məşğul olan müəllim: "Kəlbəcərdə balın məhsuldarlığı Gəncə ilə müqayisədə daha yüksəkdir"
Ötən ilin payızından Kəlbəcərdə yaşayan Ceyhun Əsgərov 10 ildir ki, arıçılıqla məşğuldur. Baku TV-yə açıqlamasında o, 2025-ci ilin sentyabr ayından ailəsi ilə birlikdə Kəlbəcərə köçdüyünü bildirib: "18 ildir riyaziyyat müəllimi kimi çalışıram. Əvvəllər Gəncədə məskunlaşdığımız üçün arıçılıqla da orada məşğul olurdum".
Bu il təxminən 400 kiloqram məhsul əldə etdiyini deyən arıçı satdığı balın bir kiloqramının qiymətinin 30-40 manat arasında dəyişdiyini söyləyib. O, həmçinin vurğulayıb ki, Kəlbəcərdə balın məhsuldarlığı Gəncə ilə müqayisədə daha yüksəkdir.

Mənbə
oxu.az