Cəmiyyət

Qardaşı avtobusda ölən generaldan AÇIQLAMA: "Səhhətində problem yox idi"

27 Jan 2026, 17:44 2 baxış
Qardaşı avtobusda ölən generaldan AÇIQLAMA: "Səhhətində problem yox idi"
Ötən gün tanınmış cərrah Məhyəddin Aydəmirovun vəfatı ilə bağlı ehtiyatda olan general-leytenant, keçmiş korpus komandiri Yaşar Aydəmirov danışıb. General Oxu.Az-a açıqlamasında bildirib ki, qardaşı M.Aydəmirov işə gedərkən avtobusda insult keçirib. "Qardaşım Sumqayıt Uşaq Xəstəxanasında 35 ilin cərrahı idi, səhhətindən heç vaxt şikayət etməzdi", - deyə o bildirib. Qeyd edək ki, uşaq cərrahı Məhyəddin Aydəmirov dünən Xocəsən qəbiristanlığında dəfn edilib. Məhərrəm Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər