Cəmiyyət
Goranboy Rayon İcra Hakimiyyətində yeni təyinatlar: Başçı əmrlər imzaladı
Goranboy Rayon İcra Hakimiyyətinə (RİH) yeni baş mühasib təyin olunub. Oxu.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Məhərrəm Quliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Hafiz Cəlilov RİH Aparatında İnzibati işlər sektorunun müdiri - baş mühasib vəzifəsinə təyin edilib. Digər əmrlə Şahəddin Məmmədov isə mühasib vəzifəsinə təyinat alıb.
Mənbə
oxu.az