Kriminal

Müdafiə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq rəisinin VƏKİLİ ÖLDÜ: Məhkəmə təxirə salındı

27 Jan 2026, 13:18 1 baxış
Müdafiə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq rəisinin VƏKİLİ ÖLDÜ: Məhkəmə təxirə salındı
Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və həmin nazirliyin Tibbi Sənədlər Arxivinin sabiq rəisi Ruhin Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Oxu.Az-ın məlumatına görə, hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmədə bildirilib ki, təqsirləndirilən şəxsin vəkili Kərimağa Tağıyev vəfat edib və R.Tağıyev dövlət hesabına vəkillə təmin olunub. Yeni təyin edilən vəkil ittiham aktı ilə tanış olmadığı üçün məhkəmədən vaxt istəyib. Məhkəmənin hazırlıq iclası fevralın 4-nə təyin edilib. İttihama görə, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və həmin nazirliyin Tibbi Sənədlər Arxivinin sabiq rəisi Ruhin Zeyid oğlu Tağıyev barəsində Müdafiə Nazirliyindən daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb. Qeyd olunub ki, Ruhin Tağıyev 2021-23-cü illərdə sözügedən vəzifələrdə işləyərkən ona müraciət edən hərbi qulluqçuların adlarını ambulator xəstələrin qeydiyyatı kitabına qanunsuz olaraq daxil edib. Bununla o, hərbi qulluqçuların xəsarət almaları haqqında arayışların verilməsi müqabilində bir neçə şəxsdən külli miqdarda pulu rüşvət qismində almaqda, habelə hərbi qulluqçuların şəhadətləndirilmələrinə köməklik göstərilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini alaraq nüfuz alverində təqsirli bilinib. Ruhin Tağıyevə Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər