İqtisadiyyat

Azərbaycanın valyuta ehtiyatları 85 milyard dolları keçib

27 Jan 2026, 11:40 1 baxış
Azərbaycanın valyuta ehtiyatları 85 milyard dolları keçib
Bu il yanvarın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 156.4 milyon ABŞ dolları təşkil edib. Oxu.Az "Report"a istinadla xəbər verir ki, bunun 86.5%-i və yaxud 73 milyard 641.5 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 13.5%-i və yaxud 11 milyard 514.9 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb. Bu ilin IV rübündə ölkənin valyuta ehtiyatları 3 milyard 684.2 milyon ABŞ dolları və yaxud 4.5% artıb. Belə ki, ARDNF-nin valyuta ehtiyatlarında 3 milyard 479.8 milyon ABŞ dolları və yaxud 5%, AMB-nin valyuta ehtiyatlarında isə 204.4 milyon ABŞ dolları və yaxud 1.8% artım olub. Son bir ildə isə ölkənin valyuta ehtiyatları 14 milyard 165.5 milyon ABŞ dolları və yaxud 20% artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 13 milyard 610.1 milyon ABŞ dolları və yaxud 22.7% artım, AMB-nin valyuta ehtiyatları isə 555.4 milyon ABŞ dolları və yaxud 5.1% artım nümayiş etdirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər