Cəmiyyət

Bakıda ana iki azyaşlı övladını gözəllik salonunda qoyub getdi - Uşaqlar sığınacağa yerləşdirildilər

26 Jan 2026, 21:00 2 baxış
Bakıda ana iki azyaşlı övladını gözəllik salonunda qoyub getdi - Uşaqlar sığınacağa yerləşdirildilər
Bakıda ana iki azyaşlı övladını gözəllik salonunda qoyub. Oxu.Az xəbər verir ki, hadisə barədə "Mehriban" Qadın və Uşaq Sığınacağı sosial şəbəkə hesabında məlumat paylaşıb.

Bildirilib ki, uşaqlar dövlət qurumlarının müdaxiləsi ilə sığınacağa yerləşdiriliblər. "Ata uşaqları anadan götürərək nənə və babanın himayəsində qalması üçün onların evinə gətirib. Nənə və baba bütün səylərinə baxmayaraq, maddi və sosial imkanlarının məhdudluğu səbəbindən uşaqlara lazımi qayğı göstərə bilməyiblər. Daha sonra ana uşaqları yenidən atadan götürərək gözəllik salonlarından birində qoyub gedib. Vəziyyətlə bağlı dövlət qurumları dərhal müdaxilə edərək uşaqları sığınacağımıza yerləşdirib. Onu da qeyd edək ki, uşaqların birinin ürəyində problem olduğu deyilib", - məlumatda qeyd olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər