İqtisadiyyat

Nazir: "İsrail şirkəti Azərbaycanda əczaçılıq layihəsinin icrasını davam etdirir"

26 Jan 2026, 16:42 1 baxış
Nazir: "İsrail şirkəti Azərbaycanda əczaçılıq layihəsinin icrasını davam etdirir"
"Azərbaycan və İsrail arasında əməkdaşlığımızın mühüm sahələrindən biri enerji sektorudur. Qeyd etmək lazımdır ki, Azərbaycan İsrailin enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı enerji tərəfdaşı kimi ənənəvi rolundan kənara çıxaraq, bu dövlətin enerji sektorunda mühüm investor kimi təmsil olunur". Oxu.Az xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-İsrail biznes forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. O qeyd edib ki, SOCAR bp və "NewMed" ilə tərəfdaşlıq çərçivəsində İsrailin müstəsna iqtisadi zonasında qaz kəşfiyyatı üçün lisenziyalar alıb və kəşfiyyat mərhələsinin operatorudur: "Eyni zamanda, "Tamar" qaz yatağında 10 faiz payın əldə edilməsi bu tərəfdaşlığın möhkəmlənməsini əks etdirir. Əczaçılıq sektorunda isə İsrail şirkəti Azərbaycanda layihənin icrasını davam etdirir". Məhərrəm Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər