Cəmiyyət

Mehdiabad qəsəbəsinə mavi yanacağın verilməsi bərpa olunub?

26 Jan 2026, 13:20 2 baxış
Mehdiabad qəsəbəsinə mavi yanacağın verilməsi bərpa olunub?
"Abşeron rayonunun Mehdiabad qəsəbəsinə mavi yanacağın verilməsi bərpa olunub". Bunu Oxu,Az-a açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin (İB) mətbuat katibi Eldəniz Vəliyev deyib.
"Mehdiabad qəsəbəsinin Əhməd Cavad küçəsində gecə saatlarında avtomobilin "Azəriqaz" İB-nə məxsus boru xəttinə çırpılması nəticəsində Birliyə məxsus 57 diametrlik boru xətti ciddi zədələnib. Hadisədən dərhal sonra əməkdaşlarımız hadisə yerində olublar. Xəttin zədələnmiş hissəsi bərpa olunub və artıq abonentlərə mavi yanacağın verilişi tam təmin olunub", - deyə E.Vəliyev bildirib.

Qeyd edək ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Əhməd Cavad küçəsində qaz borusunda yanğın baş verməsi səbəbindən sözügedən küçənin qaz təchizatı dayandırılmışdı. Əzizə İsmayılova
Mehdiabad qəsəbəsinə mavi yanacağın verilməsi bərpa olunub?
Mənbə oxu.az

Oxşar Xəbərlər