Cəmiyyət
Azərbaycan Britaniyaya balıq məhsulları ixrac edəcək
Azərbaycandan Böyük Britaniyaya balıq məhsulları ixrac ediləcək. Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əziz Şərifov 2025-ci için yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib. O bildirib ki, respublikamızdan balıq məhsullarının Böyük Britaniyaya ixracına icazənin əldə olunması məqsədilə qalıq maddələrinə nəzarət planları Britaniyanın səlahiyyətli qurumuna təqdim edilib: "Britaniya tərəfi planların qiymətləndirməsini artıq yekunlaşdırıb və onların tələblərə tam uyğun olduğunu bildirib. Hazırda sənədlər rəsmi qərar qəbuletmə mərhələsindədir". Aygün Mirakif
Mənbə
oxu.az