Cəmiyyət

Kəmaləddin Heydərov kardioloqu Tibb Xidmətinə müvəqqəti RƏHBƏR TƏYİN ETDİ

26 Jan 2026, 12:32 2 baxış
Kəmaləddin Heydərov kardioloqu Tibb Xidmətinə müvəqqəti RƏHBƏR TƏYİN ETDİ
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icraçısı müəyyənləşib. Oxu.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Tibb Xidmətinə rəhbərlik rəis müavini, kardioloq Məhsəti İbrahimliyə tapşırılıb. Qeyd edək ki, FHN-in Tibb Xidmətinin rəisi vəzifəsini bundan əvvəl tanınmış qastroenteroloq Arzu Yusifova icra edib. Ötən ilin mayında təyin olunan A.Yusifova bir neçə gün əvvəl vəzifəsindən azad edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər