Cəmiyyət
Daşaltı əməliyyatında və Şuşada vurulan helikopterdə şəhid olanların xatirəsi anılıb
1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatı zamanı və yanvarın 28-də erməni terrorçuları tərəfindən Şuşa səmasında vurulan "Mİ - 8" helikopterində şəhid olanların xatirəsi yad olunub. Oxu.Az-ın məlumatına görə, şəhidlərimiz 26 yanvar 2026-cı il tarixində Şuşa Şəhidlər Xiyabanında ehtiramla anılıb, onların ruhuna dualar oxunub. Tədbirdə Şuşa rayonunda xüsusi nümayəndəliyin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin məsul əməkdaşları, Şuşada fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az