Cəmiyyət

Ötən il Azərbaycanda yüzlərlə ton torpaq qatı Cəngi pestisid poliqonuna daşınıb - SƏBƏB

26 Jan 2026, 11:38 2 baxış
Ötən il Azərbaycanda yüzlərlə ton torpaq qatı Cəngi pestisid poliqonuna daşınıb - SƏBƏB
2025-ci ildə yararsız pestisid və çirklənmiş torpaq qatının daşındığı regionların adları açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əziz Şərifov 2025-ci için yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı danışıb.
O bildirib ki, sovet dövründən qalmış və uzun illərdir ciddi risk mənbəyi olan istifadəyə yararsız pestisidlərin zərərsizləşdirilməsi istiqamətində mühüm işlər görülüb: "Hesabat ili ərzində Samux, Füzuli və İmişli rayonlarından 1 351 ton istifadəyə yararsız pestisid və çirklənmiş torpaq qatı toplanaraq Cəngi pestisid poliqonuna daşınıb və xüsusi beton bunkerlərdə zərərsizləşdirilib. Bu istiqamətdə bu il də işlər davam etdiriləcək". Aygün Mirakif
Ötən il Azərbaycanda yüzlərlə ton torpaq qatı Cəngi pestisid poliqonuna daşınıb - SƏBƏB
Mənbə oxu.az

Oxşar Xəbərlər