Kriminal

Rusiyaya qaçmaq istəyən əfqanıstanlı gənc Azərbaycanda saxlanıldı

26 Jan 2026, 10:48 1 baxış
Rusiyaya qaçmaq istəyən əfqanıstanlı gənc Azərbaycanda saxlanıldı
Azərbaycandan qanunsuz yolla Rusiyaya keçməyə cəhd edən Əfqanıstan vətəndaşı saxlanılıb. Oxu.Az-ın məlumatına görə, hadisə Xaçmaz rayonu ərazisində qeydə alınıb. Əfqanıstan vətəndaşı, 2008-ci il təvəllüdlü Əmir Səlami qanunsuz yolla İrandan Azərbaycana keçib. O, iki gün Azərbaycanda qaldıqdan sonra Rusiyaya qaçmağa cəhd edib. Əmir Səlami Xaçmaz rayonunun Zuxuloba kəndi ərazisindən Rusiyaya keçmək istəyərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb. Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər