Cəmiyyət

Abşeronun bəzi ərazilərində dörd saat işıq olmayacaq

26 Jan 2026, 10:50 2 baxış
Abşeronun bəzi ərazilərində dörd saat işıq olmayacaq
Bu gün saat 11:00-dan saat 15:00-dək Abşeron rayonunun Lələtəpə yaşayış massivi, Təzəkənd, Çaylı, Cəngi kəndlərində elektrik enerjisinin təchizatında fasilələr olacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, buna səbəb Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 35/6 kV-luq Pirəkəşkül yarımstansiyasında təmir işlərinin aparılmasıdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər