İqtisadiyyat

Qızılın qiyməti tarixi rekorda yüksəldi

26 Jan 2026, 09:28 1 baxış
Qızılın qiyməti tarixi rekorda yüksəldi

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti tarixi maksimumunu yeniləyib.


Axar.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "Comex" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 1,65% artaraq 5 100,21 ABŞ dollarına bərabər olub.


"Comex"də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 6,17% artaraq 107,58 ABŞ dolları olub.

Mənbə axar.az

Oxşar Xəbərlər