İqtisadiyyat

Almaniyanın ən böyük bankı süni intellektə görə 100 filialını bağlayır

26 Jan 2026, 07:20 1 baxış
Almaniyanın ən böyük bankı süni intellektə görə 100 filialını bağlayır
"Deutsche Bank" süni intellektin daha geniş tətbiqi ilə əlaqədar Almaniyada təxminən 100 filialını bağlayır. Oxu.Az xəbər verir ki, bu barədə DPA məlumat yayıb. Bank müştərilərə mobil tətbiqdən istifadədə kömək edəcək süni intellektlə işləyən rəqəmsal köməkçi hazırlayıb. Tətbiq istifadəçilərinin sayı son 18 ayda təxminən 20% artıb. Ötən ilin sonuna olan məlumata görə, bank və onun törəmə şirkəti "Postbank"ın 750-dən çox filialı var və təxminən 19 milyon müştəriyə xidmət göstərir.
Mənbə oxu.az

Oxşar Xəbərlər